• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 838
— 22.10.2020 14:07

YAP-dan nəcib təşəbbüs

KepezTV Player

Yeni Azərbaycan Partiyası, erməni vəhşiliyinin qurbanı olan 8 ailədə valideyinlərini itirən 10 azyaşlı uşağın himayəyə götürülməsi barədə qərar qəbul edib. 6 ailəni təmsil edən 6 azyaşlının hər birinə ayda 300 manat, hər ailədən 2 azyaşlı olmaqla daha 4 azyaşlıya isə yetkinlik yaşına çatana qədər ayda 500 manat təqaüd ödəniləcək. Partiya tərəfindən bank vasitəsilə ödəniləcək bu vəsaitlər uşaqların dövlət tərəfindən rəsmi surətdə tanınmış himayədarlarına çatdırılacaq. Gəncədə raket zərbələri nəticəsində evləri dağılan daha 5 ailənin himayəyə götürülməsi ilə bağlı da müvafiq addımlar atılıb. Belə ki, həmin 5 ailə onlar üçün yeni yaşayış evlərinin tikilib istifadəyə verilməsinə qədər yaşayacaqları mənzillərin kirayə haqqı ayda 300 manat olmaqla YAP tərəfindən ödəniləcək.