KepezTV Player
Ərazilərin Təmizlənməsi üzrə milli Agentliyə Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Goranboy, Naftalan, Kürdəmir və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə 32 müraciət daxil olub.<br>Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 125 mm-lik top mərmisi (OF-26), 1 ədəd 300 mm-lik 9M528 raketi, 1 ədəd 300 mm-lik 9M528 raketinin döyüş başlığı, 1 ədəd 240 mm-lik M24F raketi, 3 ədəd hava-yer tipli raket, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 17 ədəd partlamış mərmi qalıqları aşkar olunub. ANAMA-nın partlayış qrupu tərəfindən 3 ədəd hava-yer tipli raket zərərsizləşdirilib.
- Baxış: 376