• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1887
— 21.10.2020 21:38

Kəpəz FM dalğasında "Əsgərə salam"

KepezTV Player

Kəpəz FM radiosu da bu nəcib təşəbbüsə qoşulub. Hər gün saat 13.00-da Kəpəz FM dalğasında yayımlanan "Əsgərə salam" verilişində torpaqlarımızın işğaldan azad edilməsi, Vətənin müdafiəsi uğrunda haqq savaşına çıxan qəhrəman oğullarımıza ünvanlanan məktublar, onlara deyilən xoş arzular səsləndirilir. Siz də igid əsgərlərimizə ürək sözlərinizi "Əsgərə salam" verilişinə sms yazmaqla çatdıra bilərsiniz.