• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1944
— 21.10.2020 20:12

"Karabakh is Azerbaijan" yazılı avtomobillər London küçələrində

KepezTV Player

Böyük Britaniyanın mərkəzi Londonda Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu yerli vətədaşlara tanıtmaq üçün sosial layihə həyata keçirilib.Küçələrə üzərində iri hərflərlə "Karabakh is Azerbaijan" yazıları olan promo avtomobillər buraxılıb. Maşınlar Londonun mərkəzi küçə və prospektləri boyu hərəkət edərək insanlara Azərbaycanın ərazi bütövlüyünü təmin etmək uğrunda mübarizə apardığı barədə məlumat verib. Bu aksiya London sakinləri, şəhərdə olan turistlər və jurnalistlər tərəfindən maraqla qarşılanıb.