Ermənistan təxribat xarakterli məlumatlar və dezinformasiya yaymaqda davam edir. Artıq saxta xarici nömrələrdən vətəndaşlara mesaj göndərilərək onlara raket hücumu təhlükəsi olduğundan yaşadığı əraziləri tərk etmələri barədə saxta çağırışlar olunur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, məqsədi əhali arasında qorxu və təşviş yaratmaq olan bu məlumatlar həqiqəti əks etdirmir.Vətəndaşlardan yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etmələri, tanımadığı xarici nömrələrdən gələn zəng və mesajlara cavab verməmələri, həmin nömrələri bloklamaları, mesajları spam olaraq şikayət etmələri xahiş olunur.saxlasınlar və Elektron Təhlükəsizlik Xidmətinə göndərsinlər", - deyə açıqlamada qeyd olunub.
- Baxış: 174