• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 691
— 19.10.2020 16:47

Xəyallarına qovuşan Cəbrayıllılar

KepezTV Player

Cəbhədən yenədə şad xəbərlər gəlməkdə davam edir. Rəşadətli Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı erməni daşnaklarından azad edir. Cəbrayılın daha 13 kəndi də bu azad olunan bölgələrimizin sırasına daxil olub.

Bəxtiyar İmamverdiyev Cəbrayıl sakini:O vaxtı mən tələbə idim tətilə gəlmişdik. Mənim tələbə yoldaşlarımda gəlmişdi, mənim ad günüm avqustun 10-dur. Ad günümü qeyd etdik və ondan 10 gün sonra bizim rayon ermənilər tərəfindən işğal olundu. Hərə bir tərəfə düşdü.

Ziaylı ailəsində anadn olan Bəxtiyar İmamverdiyev  ali məktəbi bitirib ixtisasca iqtisasçı olmaq istəyirdi. Lakin ermənilərin Cəbrayılı işğal etdiyi gün onun xəyal qurduğu  uşaqlıq arzuları da puça döndü. Ailəsi ilə birgə Bərdə, oradan da Biləsuvara, sonra da Gəncəyə pənah gətirirlər. Düz 27 illik yurd həsrətinə isə Azərbaycan ordusu son qoyub. Bəxtiyar deyir ki, yarım qalan arzularını indi həmin dədə-baba torpaqlarına qayıtmaqla gerçəkləşdirəcək.

Bəxtiyar İmamverdiyev Cəbrayıl sakini: Maşın sürürdüm sinif yoldaşım mənə zəng edib dedi ki, bəs  gözün aydın Cəbrayıl işğaldan azad olunub. Bilmədim maşını sürəm, bilmədim yola verəm saxlıyam bunu sözlə demək çox çətindi. Heç vaxt ümidimiz sönməyib və axır əvvəl biz nə vaxtsa rayonlarımıza qayıdacağıq. Geci tezi var imiş qisməy bu günə imiş. Əgər ora köç başlasa burada məni saxlaya biləcək heç nə yoxdur. Ev, var dövlət bizim üçün bunu əvəz edə bilməz.

Bəxtiyarın qardaşı Həsənin isə Cəbrayıldan çıxanda  9 yaşı olub. Onun yaddaşında yalnız Cəbrayıl kiçik uşaqlıq xatirələri kimi qalıb.

Həsən İmamverdiyev Cəbrayıl sakini: Həmişə orduyada cənab prezidentədə güvənmişik. Bu günü gözləyirdik və əlimizi üzməmişdik və şükür bizədə qismət oldu. Torpağımızın da alınmasını dostlarımız dedi. O sevincimizin həddi-hidudunu sözə demək mümkün deyil.

Zülfüqarla Məhəmməd də 27 ildən sonra qayıdacaq Cəbrayıla. Xatirlərə də yaşatdıqları rayonlarını artıq canlı olaraq görəcəklər.

Zülfüqar Həsənov Cəbrayıl sakini:Cəbrayıl rayonu kəndbəkənd, kolbakol xatırlayıram. Hər gecə yuxumda görürəm. Bu gün yuxumuz çin olub şükur Allaha ordumuzun sayəsində, ali baş komandanın müdrük siyasəti nəticəsində 27 ildən sonra biz Cəbrayıl rayonumuz qovuşduq.

Məhəmməd İmamverdiyev Cəbrayıl sakini:Ora qayıdanda ilk əvvəl özümün arzum var ki, Cəbrayıl yazılan lövhədən o gündə göstərdilər bulağımız var orada əyilib torpağı öpəcəm. Ondan sonra bir əhdimdə var ki, öz məhləmizdə dizim-dizin öz qapımıza gedəcəm. İnşallah tezliklə də icar olunacaq. O yerlərdə hər bir iş görmək olar. İnşallah yenədə təsərrüfatla da məşğul olacağıq.

Onların yenə də qulaqları səsdə, gözələri isə mavi ekranlardadır. Digər işğal altında olan torpaqlarımızın azad olunması xəbərlərini eşitmək üçün. Bunu isə ordumuz hər gün bütün xalqımıza yaşadır.

Elnur Vahidoğlu