• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 702
— 19.10.2020 16:39

Xəsarət alan və zərər çəkənlər diqqətdən kənar qalmayıblar

KepezTV Player

Ermənistan Silahlı Qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində xəsarət alaraq xəstəxanalara yerləşdirilən sakinlərin səhhəti diqqət mərkəzindədir. Təkcə, 17 oktyabr tarixində Gəncəyə edilən raket hücumu zamanı 14 nəfər həlak olub, 55 nəfər yaralanıb. Hazırda həmin şəxslər şəhərin müxtəlif xəstəxanalarda müalicələrini davam etdirirlər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk bu gün yaralıların vəziyyəti ilə yaxından tanış olublar.

Gülnarə Quliyeva xəsarət alan: Cavadxan rusun kapitanına deyir ki, Gəncəni zəbt etmək üçün mənim meyidimin üstündən keçməlisən. Erməni də Gəncəni ələ keçirmək üçün bizim meydimizin üstündən keçməlidir. Biz Cavadxan nəslindənik. Fəxr edirəm ki, gəncəliyəm.

Daha sonra hadisə yerinə gələn şəhər meri zərər çəkən sakinlərin qeydiyyat prosesi və digər məqamlarla maraqlanıb. Müraciət və problemlərin ən qısa zamanda həlli üçün müvafiq göstərişlər verib.