Ermənistanın vəhşiliklərinə ad tapmaq olmur. Azərbaycan humanitar atəşkəsə əməl etsə də Ermənistanın təxribatlarına cavab vermək məcburiyyətində qalır". Prezidentin köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib ki, Ermənsitanın bu hərəkətləri bütün konvensiya və qanunların kobud şəkildə pozulmasıdır. "Ermənistan bütün bu qanunları ayaqlar altına atır və Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir. Hazırda da Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutur. Hətta Ermənistan öz ərazisindən də Azərbaycanın mülki əhalisini atəşə tutmaqla münaqişəni genişləndirməyə çalışır. Biz dünən bəyan etdik ki, müharibədə həlak olan ermənilərin cəsədlərini verməyə hazırıq, lakin bunun cavabında Ermənsitan tərəfi öz təxribatlarını davam etdirdi və mülki əhalimizi yenə də atəşə tutdu”. Sitatın sonu.
- Baxış: 147