• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 695
— 19.10.2020 14:07

Ermənistanın son təxribatları “Əl-Ərəbiyə”də

KepezTV Player

Ermənistan təcavüzkar dövlətdir, bu ölkənin silahlı qüvvələri tərəfindən Azərbaycan vətəndaşları qətlə yetirilir.&nbsp;“Əl-Ərəbiyə” kanalına müsahibə verən&nbsp;Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın mülki şəxslərlə hərbçilər arasında fərq qoymadığını, düşmən ölkənin bu raketlərlə təmin edilməsinin qarşısını almağın vacibliyini diqqətə çatdırıb. Humanitar atəşkəsi pozan Ermənistanın beynəlxalq hüquqa məhəl qoymayaraq təcavüzkar siyasətini davam etdirdiyini vurğulayıb.&nbsp;<br>İslam Əməkdaşlıq Təşkilatı, Türkiyə, Pakistan, Mərakeş, Səudiyyə Ərəbistanının Azərbaycanı dəstəklədiyini, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında tam şəkildə həll edilməli olduğunu bildirib. "Ermənistan silahlı qüvvələrini işğal olunmuş bütün ərazilərimizdən çıxarılması bu, regionda sülhün bərqərar olması üçün əsas şərtdir", - deyə Prezidentin köməkçisi əlavə edib.