• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 694
— 19.10.2020 14:10

Türkiyədən Azərbaycana qardaş dəstəyi davam edir

KepezTV Player

Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq. Əgər bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi". Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev belə deyib. Hər gün cəbhədən çox gözəl xəbərlər gəldiyini, Azərbaycan Ordusunun zəfər marşında olduğunu diqqətə çatdırıb. Mustafa Şentop Azərbaycanın uğuru, müvəffəqiyyəti üçün dua etdiklərini, sevindirici xəbərləri aldıqca bütün millət olaraq sevindiklərini vurğulayıb.