• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 688
— 19.10.2020 12:06

Cəbhədə vuruşan çavuş üçəm atası oldu

KepezTV Player

Gəncəyə bombalar yağır. Yenə bütün dünya eşitmir, dilsizdir, danışmır. 30 ildir adları fərqli, taleləri oxşar körpələr... Bapbalaca, bir qucaq körpələr... Böyük davanın kiçik qəhrəmanları... Dünya bu davaya səssizdir... İnsan haqlarını qoruyanlar tapılmır. Tarixin uşaq qatilləri yenə bu balacalarla müharibə aparırlar. Erməni olmaq həm də bu deməkdir. Uşaq öldürmək, uşaq ölümünə sevinmək və bundan utanmamaq. Yox, bu dəfə dünyanın dinməyini gözləməyəcəyik. Qurban uşaqlardır, intiqamı silahlar alacaq. Bir də necə deyərlər, bir ölər, min dirilərik. Poladlar, Mübarizlər haqq uğrunda savaşıb, şəhid kimi uca adla haqqın dərgahına qovuşarlar, amma yerlərinə yeni poladlar, Mübarizlər doğular. **Cəbhədə döyüşən hərbçimiz Nadir İbadov 5 ildən sonra üçəm atası olub. O, bu barədə xəbəri elə cəbhədə olarkən alıb. Çavuş iki oğlan, bir qız atası olub. Əslində noyabrda doğulmalı olan körpələrin adı da əvvəlcədən qoyulubmuş - Süleyman, Nəriman və Nuray. Lakin hərbçi ata qələbə müjdəçisi olan oğullarına qəhrəman döyüşçülərimizin şərəfinə Polad və Mübariz, qızına isə Mehriban adını verib.