• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 701
— 19.10.2020 09:48

Tərtərdə bir mülki şəxs yaralanıb, 118 ev tamamilə dağılıb

KepezTV Player

Ötən gün səhər saatlarından düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağcabədi rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Yuxarı Qiyaməddinli və Qaraxanlı kəndlərində ümumilikdə 25-dən artıq yaşayış evinə külli miqdarda ziyan dəyib. Bundan başqa, bu gün səhər saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələri Tərtər rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub. Ələsgərli kənd sakini 58 yaşlı Səlimov Niyaz Hüseynalı oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaşadığı evə isə ciddi ziyan dəyib. **Sentyabrın 27-dən bu günə qədər Tərtər rayonunun 36 yaşayış məntəqəsinə 13 min 136 mərmi düşüb. Tərtər Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, ermənilərin intensiv atəşə tutduğu Tərtər şəhəri və digər yaşayış məntəqələrində 118 ev təmamilə dağılıb, 646 fərdi evə, 64 çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. Bununla yanaşı, hadisə nəticəsində 30 yardımçı tikili tam dağılıb, 50-sinə isə ziyan dəyib. Bu müddət ərzində erməni təxribatları nəticəsində Tərtərdə 19 sosial obyekt, 8 istehsal obyekti, 44 ticarət mərkəzi və 18 inzibati bina da zərər görüb.