• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1793
— 18.10.2020 10:17

Ağdamın atəşə tutulması nəticəsində 1 nəfər xəsarət alıb

KepezTV Player

Ötən gün saat 21 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutuması nəticəsində Mahrızlı kənd sakini 39 yaşlı Həsənov Ramil Kamal oğlunun yaşadığı evin həyətinə top mərmisinin düşüb. Baş Prokurorluğun məlumatına görə, Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaşayış evinə isə külli miqdarda ziyan dəyib.