• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2029
— 17.10.2020 20:39

Təqvimdə Füzuli adlı yeni tarix

KepezTV Player

17 oktyabr 2020-ci il. Təqvimə qızıl hərflərlə yazılan şanlı bir tarix. Bu tarix illər, əsirlər keçsə belə həmişə erməni qəsbkarlarından azad olunan daha bir bölgəmizin adı kimi yaddaşlara həkk olunacaq. Füzuli şəhəri işğaldan azad edildi. Rayonun daha 7 kəndi də Azərbaycanın nəzarətinə qayıdıb.

Teymur Ibrahimov  Füzulinin  işğaldan azad olunması xəbərini qohumlarından eşidib. Ailədə 4 qardaş olan Teymur evin kiçik övladı olub. Füzulidən çıxanda isə cəmi 13 yaşı var idi. Evin kiçik övladı olduğu üçün də həmişə dəcəllik edib onun nazı ilə oynayıblar. O yerlərdə etdiyi dəcəllik  onun uşaqlıq yaddaşına yazılan anlar kimi gözünün önünə gəlir. 27 ildir ki, Gəncədə yaşayan Teymur bütün uşaqlığını o yerlərdə qoyub. Deyir ki, Füzuliyə qayıdanda sanki yenidən uşaq olacaq. Atası Tapdıq kişi rəhmətə gedəndə isə ona son vəsiyyəti Füzulunin işğaldan azad olunandan sonra oradan  qəbri üstünə torpaq gətirməsi olub.  İndi o atasının vəsiyyətini yerinə yetirməyə, eləcə də uşaqlıq xəyallarının yenidən görməyin bir anlığındadır. Özü də bunu ona şanlı Azərbaycan ordusu yaşadıb.

Teymur İbrahimov Füzuli şəhər sakini:Füzulidən çıxanda altıncı sinifdə oxuyurdum. Dərəsi, dağı, çayı, taxılı var id. Gəncədə ailə qurdum. İndi də ordumuzla, prezidentimizlə fəxr edirəm. Allah köməyi olsun ordumuzun. Prezidentin ki, Füzulini azad edib.

Ermənilərin Gəncəni artileriya atəşinə tutması onu da bir vətəndaş olaraq kədərləndirib. Lakin   Füzulinin eləcə də rayonun kəndlərinin işğaldan azad olunması xəbərini eşidəndə ordumuzun qısas aldığını və bunun ruh yüksəkliyi yaratdığını detir. Cəbhədə şanlı tarix yazan ordumuzn bütöv Azərbaycan naminə zəfər yürüşü davam edir.

Elnur Vahidoğlu