• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1521
— 17.10.2020 14:12

Erməni barbarların əli bu dəfə də uşaq qanına batdı

KepezTV Player

Bu dünya uşaqlarındır... Təəssüf ki, son dönəmdə Azərbaycanda öldürülən uşaqlara qarşı törədilən terror aktları dünyanın hansı uşaqlara aid olmasını sual altında qoyur. Siyasətdə və döyüş meydanında sözünü deyə bilməyən faşist ermənilər gücünü mülki vətəndaşların və azyaşlıların üzərində göstərir.

Bu görüntülər erməni terrorçularının 17 oktyabr gecə saat 1 radələrində  Gəncə şəhərində törrətdiyi  növbəti cinayətdən geriyə qalanlardır.

Əli uşaq qanına batan erməni barbarlarının atdığı mərmilər həm mülki vətəndaşların, həm də  gələcəyimiz olan uşaqların təhsil aldığı məktəb, bağça və tibb ocaqlarında da dağıntılara səbəb olub.

Genişmiqyaslı dağıntılar körpələrimizin sağlamlıq ocağı kimi tanınan uşaq poliklinikasını da yararsız vəziyyətə salıb.

Baş verən dağıntıdan zərərçəkən olmasa da,  poliklinikanın işçi heyət hələ də hadisədən təsirlənir.

Uşaq gələcəkdir, onlara münasibət insanların mənəvi ləyaqətinin ölçüsüdür. Mənəviyyatı və xisləti olmayan mənfurlar gələcəyin sağlam övladlarını məhv etməyə çalışırlar.

Hər uşağın olmasını istədiyi bir xəyalı var. Hələ arzularının çiçək açmadığı bu tərbiyə ocağında neçə-neçə körpənin xəyalları puça çevrildi.

Erməni separatçılarının törrətdiyi cinayətin uşaqlarda yaratdığı psixoloji sarsıntılar tarixin qara hərflərlə yazılan səhifələridir.

Firuzə Əliyeva