• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1170
— 16.10.2020 20:40

27 illik ayrılığa son qoyuldu

KepezTV Player

Artıq biz qaçqın deyilik. Öz yurdumuz, elimiz obamız artıq işğal altında deyil. Səfalı, sıx meşələrimizə, buz kimi axan bulaqlarımıza, kəhrizimizə qovuşuruq. Uşaqlığımızın, gəncliyimizin keçdiyi yurdumuza qayıdırıq. Gəncədə məskunlaşan Xocavənd və Füzuli sakinləri doğma torpaqlarına qayıtmağı səbrsizliklə gözləyirlər.

27 ilidi onlar dədə-baba elindən, obasından didərgin idilər. Yurd həsrəti, torpaq yanğısı onların qəlbini parçalayırdı. Dövlətin yaratdığı şəraitdən razılıq bildirsələr də öz torpaqlarında yaşamağın həsrəti üzürdü onları. Artıq onların gözlərindəki qəm-kədərə, ürəklərindəki niskilə ayrılağa son  qoyuldu. Rəşadətli Azərbaycan ordusu işğal altında olan ərazilərimizi erməni işğalından azad edir. Bu sıyahıda Füzuli rayonun Horadiz kəndi də var.

Əli Allahverdiyev Füzuli rayonun Horadiz kənd sakini: Mən o xəbəri eşidəndə sevincimin həddi-hidudu yox idi. Uçmağa qanadım yox idi. Özüm də döyüşlərdə olmuşam, görmüşəm bu dəqiqə çağırsalar yenə də müharibəyə gedərəm, canımdan da keçərəm. Allah əsgərlərin, prezidentin canını sağ eləsin.

Əli dayının ömür-gün yoldaşı Sevil Allahverdiyeva deyir ki, Horadiz kəndindən çıxanda 27 yaşı var id. Qızı ilə birlikdə erməni qəsbkarlarının əlindən zorla canını qurtarıb Gəncəyə pənah gətirib. İndi tək arzusu o yerlərə yenidən qayıtmaqdır. Şəkillərdə gördüyü Horadiz kəndinə qovuşmaq, havasını udub, suyunu içməkdir.

Sevil Allahverdiyeva Füzuli rayonun Horadiz kənd sakini: Füzuli rayonun Horadiz kəndi ən gözəl kənd olub. Bütün naz-neməti öz qapımızdan götürürdük. Taxılmız bol olub. Yuxularımı da orda görürəm. Ölülərimin hamısını mən orada görürəm. Yoldaşım müharibədə olanda yuxularımı orada görürdüm. Şükür elə bil yenidən doğulmuşam. Elə bilirəm kənd Horadizdə yenidən doğulmuşam.

63 yaşlı Suqra Quliyeva da ordumuzun azadlıq yürüşündən sevinənlər sırasındadır. O, isə gecələr də yuxusundan çıxmayan Cəbrayılına qovuşanlardandır. Yurd, torpaq həsrəti sona yetib.

Suqra Quliyeva Cəbrayıl sakini: Növbədə idim təcili yardımda tibb işçisiyəm. Qfildən eşitdim ki, Cəbrayıl rayonu azad edilib. Bunu sözlə demək mümkün deyil. İş yoldaşlarım hamısı sevincdən bir-birimiz qucaqladıq. Sevincimizin həddi-hüdudu yoxdur ki, rayonumuz alınıb. Təcili yardımda işləyirəm, yenə də qayıdan da öz yerimizdə işləməyə hazıram. Evimiz olsun, heyvanımız olsun hamıya da kömək etməyə hazıram.

Gəncədə məskunlaşan məcburi köçkünlərin indi son arzusu var. Şanlı Azərbaycan ordusunun bütün işğal altındakı torpaqlarımızı azad edib, üç rəngli bayrağımızın bütün Qarabağda dalğalanmasıdır. orada görməkdir.

Elnur Vahidoğlu