• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 679
— 16.10.2020 20:16

Yoluxma yenə 500-dən çoxdur

KepezTV Player

Azərbaycanda koronavirus infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə,aktiv xəstə sayı 3368 nəfərdir, son sutka ərzində 7878 test aparılıb.

Təhsil Nazirliyi isə orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb. 15 şagirdin və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. Daha 55 şagird və 21 işçidə koronavirus aşkarlanıb. Distant təhsilə keçən siniflərin sayı 6, məktəblərin sayı isə 10-dur. Əyani təhsilə qaytarılan siniflərin sayı 1-dir.