• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2231
— 16.10.2020 14:18

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri hadisə yerində

KepezTV Player

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Gəncəyə səfər ediblər. Mərkəzin üzvləri erməni faşizminin izləri ilə tanış olub, həlak olan dinc sakinlərin xatirəsini yad ediblər, dağılan yaşayış binasının ətrafına gül düzüblər. Qonaqlar baş verən erməni terroru nəticəsində ailə üzvlərini və yaxınlarını itirən insanlarla, eləcə də zərərçəkən ailələrlə görüşüblər. Həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən mətbuat konfransı keçirilib. Oktyabrın 4-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən davamlı atəşə məruz qalan şəhərdə 11 mülki şəxsin həlak olduğu, 70-dən çox dinc sakinin yaralandığı, 10 yaşayış binasının tamamilə dağıldığı, yüzlərlə obyektə ciddi ziyan dəydiyi vurğulanıb. Bundan baqşqa, tarixi abidələr, xəstəxanalar, məktəb binaları, uşaq bağçaları daxil olmaqla bir çox ev, mülki infrastruktur zərər görüb. Düşmənin Gəncədə mülki insanlara, günahsız şəxslərə qarşı kütləvi qırğın silahlarından istifadə edilməsi hərbi cinayət kimi dəyərləndirilib və qəti şəkildə pislənilib.