• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2402
— 16.10.2020 12:17

Məktəblərdə karantin yox, tətil elan olunub

KepezTV Player

Ölkədə koronavirusa yoluxma sayında yüksək artım və hərbi vəziyyətlə əlaqədar təhsil sistemi üçün riskli vəziyyət yaranmışdı. Bunu bu gün keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev deyib. Qeyd edib ki, ermənilərin təxribatları nəticəsində 40 qədər məktəbə zərər dəyib. Onların bəziləri raket hücumuna məruz qalıb və ciddi ziyan görüb. Bir çox bölgələrimizdə təxminən 340 min şagirdin təhsil aldığı 1221 təhsil müəssisəsi distant təhsilə keçib ki, onlar arasında Gəncə məktəbləri də var. Nazir onu da vurğulayıb ki, noyabrın 2-dək təhsil müəssisələrində hər hansı formada tədris aparılmayacaq.