• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2013
— 14.10.2020 22:38

Xarici diplomatlar üçün brifinq keçirilib

KepezTV Player

"Ermənistan Moskva bəyanatından sonra yenə də Azərbaycanın yaşayış məntəqələrini, infrastruktur obyektlərini hədəf alır. Bu, qəbuledilməzdir." Bu fikirləri xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə prezidentin köməkçisi Hikmət Hacıyev deyib. Cəbhədəki real vəziyyət, erməni təxribatları barədə xarici diplomatların məlumatlandırılması məqsədilə keçirilən brifinqdə vurğulanıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə hazırdır. Ancaq görünən odur ki, Ermənistan Moskva danışıqlarını pozaraq münaqişəni gərginləşdirir. Moskva Bəyannaməsində qeyd olunub ki, münaqişə sülh yolu ilə baza prinsipləri əsasında həll edilməlidir. Ermənistan bu şərtlərin heç birinə əməl etməyərək, təxribatlarını davam etdirir.