• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1622
— 14.10.2020 22:42

Prezident İlham Əliyev Türkiyənin Haber Türk kanalına müsahibə verib

KepezTV Player

Ermənistanın təxribatlarından, humanitar atəşkəs rejimini pozaraq Azərbaycanın mülki əhalisini hədəf almasından danışan dövlət başçısı cəbhədə baş verənlərə və münaqişənin həlli yollarına toxunub.

Onlar zənn edirlər ki, bu xayın zərbələr bizi durduracaq,bizi heçkimsə durdura bilməz. Çünki biz haqq yolundayıq və uğurla davam edirik bayrağımızı qaldırırıaq. Torpaqlarımızı bərpa edirik və sona qədər bu yolu gedəcəyik. Bunu Prezident İlham Əliyev Türkiyənin Habertürk telekanalına müsahibəsində deyib. Ermənistan hökümətinin münaqişə ilə bağlı siyasətinin erməni xalqını uçuruma doğru apardığını deyən ölkə rəhbəri erməni xalqını əmin edib ki, onları bu uçurumun astanasından xilas edəcəyik. “Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Biz onların canını kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha təhlükəsiz şəraitdə yaşayacaqlar və rifahları daha da artacaq. Dağlıq Qarabağda indi səfalət hökm sürür: “Biz oraya investisiya qoyarıq, sosial layihələr icra edərik. Eyni zamanda, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaq. Bütün bunlar orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq”, - deyə İlham Əliyev vurğulayıb.