• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1870
— 14.10.2020 22:33

Gənclərdən biganə dünya ictimaiyyətinə etiraz

KepezTV Player

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizin dinc mülki əhalisini hədəfə almasına dünya ictimaiyyətinin biganə qalması gənclərin etirazına səbəb olub.Azərbaycan gəncləri Ermənistan silahlı qüvvələrinin Gəncə, Mingəçevir, Yevlax, Bərdə, Naftalan, Goranboy, Tərtər, Ağdam, Ağcabədi və digər şəhər və rayonlarda mülki əhali və infrastrukturu mərmi və raket atəşinə məruz qoyması, nəticədə uşaq və qadınlar da daxil olmaqla çoxlu sayda insanın həlak olmasına dünya siyasətçiləri, beynəlxalq təşkilatlar, media nümayəndələri və sıravi şəxslərin əksəriyyətinin biganə yanaşmasına, bəzi hallarda isə aşkar faktlara rəğmən hətta qərəzli mövqe nümayiş etdirmələrinə özünəməxsus tərzdə etiraz ediblər.