• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1833
— 14.10.2020 20:47

Dini icmalar Gəncənin raket atəşinə tutulmasını pisləyib

KepezTV Player

Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinin iereyi Varfolomey Denis Sotnikov və Gəncə Yəhudi Dini İcmasının sədr müavini Anar Məmmədov ermənilərin Gəncəni raket atəşinə tutmasını kəskin şəkildə pisləyən birgə bəyanat yayıblar. Bəyanatda Ermənistanın Gəncəyə qarşı hərbi təcavüzü nəticəsində 3 uşağın hər iki valideynini itirdiyi, mülki infrastruktura, dini məbədlərə ciddi ziyan dəydiyi yer alır. Bu gün Gəncədəki Rus Pravoslav kilsəsində həəlan olanların və şəhidlərin ruhuna dualar oxunub, Azərbaycan Ordusuna qalibiyyət arzulanıb.

Erməni vəhşiliyinin tarixi "qurbanları"

Tatyana Alekseyevna sakin:Bu münaqişə xoşagəlməzdir. Nəinki xoşagəlməz, hətta dözülməzdir. Çünki terror aktları, şəhərin bombardman edilməsi yersizdir. Dinc sakinlər müharibədə iştirak etmir. Düşünürəm ki, münaqişə tez bir zamanda yekunlaşmalıdır, müharibə bitməlidir və insanların ölümünə “dayan” deyilməlidir.

Nataşa Filatova sakin:Ermənilər düzgün rəftar etmirlər, bu terrordur. Onlar dinc əhalini atəşə tuturlar. Müharibə Qarabağdadır. Onlar bizim torpağı işğal ediblər, oranı boşaltmalıdırlar. Bu Azərbaycan topraqlarıdır. Qarabağ, Azərbaycandır!

Milliyətcə rus olan Gəncə sakinləri də haqqın tərafdarıdır. İşğalçı dövlət nə olur-olsun terror aktlarını dayandırmalı, Azərbaycana məxsus torpaqları tərk etməlidir. Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində keçirilən bugünki mərasimdə iştirak edən hər kəs belə düşünür.

Denis Sotnikov Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinin iereyi:Təbii ki, mülki əhalinin heç bir günahı yoxdur. Ermənistan Azərbaycanı qəsdən təxribata çəkərək ona cavab verməsini istəyir. Bizim cənab prezident olduqca müdrik insandır. O bizim üçün həqiqəti, qələbəni təmin edir. Bugünkü bizim dualarımız işğal altında olan torpaqlarımızdan aqressorların çəkilməsi üçün edilib.

Ermənistan Silahlı Qüvvələrinin mülki əhalini hədəf seçməsi artıq heç kimdə təəccüb doğurmur və əfsuslar olsun ki, erməni terroru bəzən nəinki dinc sakinlərə hətta, dini və tarixi abidələrə də ziyan vurur.

Pronino Mariyanova sakin:Bu düzgün deyil, bunu sözlə ifadə eləmək olmaz. Bu Allahın evidir. Başa düşə bilmirəm ki, bunu necə törətmək olar? Tək Allahın evi yox, insanlar da... Bağışlayın, danışa bilmirəm...

Sözlə ifadəsi çətin olan mənzərə insanlığa sığmayan, erməni vəhşiliyinin göstəricisidir. Mədəni və mənəvi dəyərləri məhv etmək düşüncəsi öz-özülüyündə qeyri-humanist addımı ehtiva edir.

Denis Sotnikov Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinin iereyi:Ermənilərin atdığı mərmi nəticəsində nəinki mülki binalar, eləcə də dini məbədlər də zərər çəkib. Eləcə də bizim kilsə. Zərbənin təsirindən gümbəzdəki pəncərələr sınıb, kilsənin divarlarında çatlar əmələ gəlib. Bu Ermənistan tərəfindən olduqca neqativ mövqedir. Belə olmamalıdır. Azərbaycan tolerant, multikultural, dözümlülük nümayiş etdirən ölkədir. Və bu ölkə 30 il gözləyib ki, onlar işğal altında saxladıqları torpaqlardan çıxsınlar.

Dua mərasimində ölkədə sülh və əminamanlığın olması, Azərbaycanın haqq işinə dəstək, rəşadətli orduya qələbə arzulanıb.