• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2342
— 14.10.2020 20:37

Gəncədən beynəlxalq təşkilatlara müraciət

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyəti Avropa İdman Şəhərləri və Paytaxtları Federasiyası, Avropa Gənclər Forumu, müxtəlif illərdə Avropanın gənclər paytaxları olmuş 12 şəhərin merlərinə, habelə Koreyanın Qvanqju şəhərinin rəhbərliyinə məktub göndərib. Məqsəd Ermənistan hərbi-siyasi rəhbərliyinin Gəncədəki mülki obyekt və şəxslərə qarşı törətdiyi terror aktını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Qeyd olunub ki,Erməni tərəfi humanitar atəşkəsin elə ilk dəqiqələrindən beynəlxalq humanitar hüququn öhdəliklərini pozaraq, məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəf alır, raket və artilleriya atəşinə tutur. Bu tip müharibə cinayətləri və terror aktlarına beynəlxalq ictimaiyyət tərəfindən lazımi reaksiyanın olmaması, erməni tərəfinin cəzasız qalması, Ermənistan Silahlı Qüvvələrini bu çirkin və qanunsuz əməlləri davam etdirməyə təşviq edəcək.