• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1973
— 14.10.2020 12:20

Milli qəhrəmandan rühlanan axısqa türkləri

KepezTV Player

1989-cu ildə Ermənistan təxribatı nəticəsində ölkəmizə pənah gətirən axısqa türklərinin bir qismi Şəmkir rayonunda yerləşdirilib. 30 ildən artıqdır bu rayonda yaşayıb yaradan bu insanların həyat şəraiti ilbəil yaxşılaşdırılıb. Hətta onlar üçün ayrıca kənddə salınıb. O kənd ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən axısqa türkü Mili Qəhrəman İsgəndər Aznaurovun adını daşıyır. Əməkdaşımız Natiq Hüseyn İsgəndərli kəndinin sakinləri ilə görüşərək onların Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər barədə fikirlərini öyrənib. İzləyək.

Şəmkir rayonunun İsgəndərli kəndi rayon mərkəzindən bir xeyli aralıda - Çeyrançöl ərazisində yerləşir. Kənddə hazırda 135 axısqa türkü ailəsi yaşayır. Ötən illər ərzində milli azlıqların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 60 fərdi yaşayış evi inşa olunub. Yeni məktəb binası tikilib, aqrar sektorda məhsul bolluğuna nail olmaq üçün müasir texnikalardan ibarət müəssisə yaradılıb. Əsas məşğuliyyətləir əkinçilik və heyvandarlıq olan axısqa türkləri yaradılan imkanlardan maksimum istifadə etməyə çalışırlar.

Alizər Kamalov - Şəmkir sakini:  Çox gözəl millət bizi qəbul etdi. Çox yüksək səviyyələ evlər tikildi. Hər tərəfli kömək oldu. Sonuncu dəfə müasir tipli məktəb tikildi. Bir millətin güclü olmasını istəyirəsən onda gərək yaxşı savadlısı olsun.

Nizam Faxrulov - Şəmkir sakini: Mən elə bil atamın evindən qardaşımın evinə gəldim. Mənim üçün elə də fərq etmir. Elə də bizim millətimizə. Bax bu İsgəndərli kəndi Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun adına salınıb. Biz o vaxt gəldik burada yerləşdik. Bizə torpaq verdilər. Suyumuz, işimiz, texnikamız var. Hər şeylə bizi təmin ediblər. İndi də biz yaradıb, yetişdiririk. Özümüz də yaşayırıq, dövlətimizə də köməyimiz dəyir.

Hazırda İsgəndərli kəndində kiçikdən böyüyə hamı Milli Qəhrəman İsgəndər Aznaurovdan ilham alır. Məhz bunun nəticəsidir ki kənddə milli qəhrəmanın kifayət qədər davamçıları var. Onlar bu gün Azərbaycanın haqq işinə dəstək olmaq üçün əldə silah düşmənə layiqli müqavimət göstərirlər.

İsgəndər Daşdanov - Şəmkir sakini: Çox fəxr ediəm, mənim oğlum hazırda döyüşdədir. Hərbi xidmətdə olan zaman Tərtərdə düşmənlə üz-üzə daynmışdı. Bu gün də könüllü gedib ermənin qarşısında döyüşür.

İsgəndərli kəndinin sakinlərinin indi bir istək, arzusu var. İşğal altındakı Azərbaycan torpaqlarının tezliklə azad edilməsi və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması. Kənd ağsaqqları, gündəlik bu mövzuda söhbət aparan axısqa türükləri ermənilərin mülki insanları hədəfə almasını qınayır. Hər an Ali baş Komandanın döyüş əmrini gözləyirlər.

Şəhrabanı Sadıqova - Şəmkir sakini: Biz bir millətik. Bu millətin bayrağını qorumaq bizim borcumuzdur. Silahı versinlər gedək. Türk heç nədən qorxmaz. Türk ancaq qabağa.

İlham Xəlilov - Şəmkir sakini: Düşmənin layiqli cavabını verəcəyik. Lazım gəlsə gedib Ermənistanda bayrağımızı sancacağıq. Bizim arxamızda böyük sərkərdəmiz, prezidentimiz cənab İlham Əliyev dayanır. Onun sözlərinə qüvvət Qarabağ Azərbaycandır!

Minəli Xəlilov - Şəmkir sakini: Yüz faiz əminəm, biz qalib gələcəyik. Bizim ağzımızdan Allah sözü düşməyib. Uzaq başı bir həftə, on gün, iyirmi günə bu iş həll olunacaq. Çünki ora dərə-təpədir. Yavaş-yavaş gedirik.

Hazırda Şəmkir rayonunda bir çox xalqarın nümayəndəsi yaşayır. Say tərkibinə görə axısqa türkləri çoxluq təşkil edir.

 

Natiq Hüseyn