• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1254
— 14.10.2020 12:08

Tərtərdə iki icra nümayəndəsi yaralanıb

KepezTV Player

Bu gün səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. Orta məktəbin həyətinə mərmi düşməsi nəticəsində Tərtər rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 49 yaşlı Zeynalov Ramiz Surxay oğlu, Əsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 54 yaşlı Əhmədov Kamran Vəliyəddin oğlu, kənd sakinləri 44 yaşlı Əliyev Mətləb Cəmşid oğlu, 33 yaşlı Əhmədov Xəyyam Məhəmməd oğlu, 55 yaşlı İbrahimov İlqar İbrahim oğlu, 24 yaşlı Ağazadə Firdovsi Alim oğlu və 60 yaşlı Süleymanov Ağa Süleyman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Bundan başqa, dövlət televiziyasının cəbhəboyu zonaya ezam olunmuş əməkdaşı 37 yaşlı Qəmbərov Namiq Malik oğlu xidməti avtomobilin atəşə tutulması nəticəsində xəsarət alıb. Avtomobilə isə ciddi ziyan dəyib. **Ağdam rayonunun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində Rzalar kəndinə bir neçə mərmi düşüb. Kənd sakini, Ərşad Qurbanov və onun oğluna məxsus evlərə ciddi zərər dəyib. Qonşu Binnət Quliyevin də evinə mərmi düşüb və ev dağılıb.**Baş Prokurorluqdan verilən məlumata görə, sentyabrın 27-dən bu günə qədər ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 43 nəfər dinc sakin ölüb. 214 nəfər sakin xəsarət alıb. 1505 ev, 66 çoxmənzilli yaşayış binası, 277 mülki obyekt isə yararsız vəziyyətə düşüb.