• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2419
— 14.10.2020 10:12

Gimnastlar Gəncədə erməni terrorundan zərər çəkənlərə dəstək olublar

KepezTV Player

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri Ermənistanın Gəncədəki dinc sakinləri raket atəşinə tutması nəticəsində xəsarət alanlara və həlak olmuş şəxslərin ailələrinə baş çəkib. Komanda üzvləri zərərçəkənlərin ailə üzvləri ilə öz hisslərini paylaşıblar. Həmçinin, Gəncədəki həmkarları ilə görüşən gimnastlar mənəvi dəstəklərini çatdırıblar.