• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1671
— 14.10.2020 10:09

Daha bir mülki şəxsimiz həlak olub

KepezTV Player

Bu gün səhər saatlarından başlayaraq humanitar atəşkəs rejimini pozan düşmən Tərtər rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriya atəşinə tutub. Baş Prokurorluqdan verilən məlumata görə, səhər saat 9 radələrində Tərtər rayonu, Narlı qəsəbəsində yaşayan 51 yaşlı Axundov Ədavət Zahid oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində həlak olub. Yaşayış evinə isə külli miqdarda ziyan dəyib. **Rayonun Düyərli kəndində Dövlət Televiziyasının çəkiliş qrupunun olduğu avtomobil qəfil atəşə tutulub. Nəticədə sürücü Namiq Qənbərov xəsarət alıb, maşına ciddi ziyan dəyib.