• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1904
— 14.10.2020 08:09

Ermənistanın yaydığı yalan məlumatların məqsədi öz xalqını sakitləşdirməkdir

KepezTV Player

"Hərbi qurumun nümayəndəsi hər gün mətbuat qarşısına həqiqəti əks etdirməyən məlumatlar və itkilər haqqında yalan statistikalarla çıxmağa məcburdur. Onun məqsədi cəbhədə böyük itkilərə məruz qalaraq bir-birinin ardından yaşayış məntəqələrimizi qoyub qaçan Ermənistan silahlı qüvvələrinin uğursuzluqlarını ört-basdır etmək, öz xalqını sakitləşdirmək və eyni zamanda bu təxribat xarakterli məlumatlarla dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır". Bu barədə guya Azərbaycan tərəfinin atəşkəsi pozması ilə bağlı Ermənistanın müdafiə nazirliyinin yaydığı yalan məlumatlara Azərbaycan Müdafiə Nazirliyinin cavabında bildirilir. Nazirlik bir daha rəsmi olaraq bəyan edir ki, Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi əməl edir.