• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1499
— 13.10.2020 21:41

Erməni terrorundan zərərçəkənlər

KepezTV Player

İstər birinci Qarabağ müharibəsində, istərsə də hazırda cəbhədə gedən döyüşlərdə Azərbaycan ordusu mülki əhalini hədəfə almır, ermənilərdən fərqli olaraq. Gəncədə erməni torroru isə əhalini qorxutmur və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə əhali tam olaraq dövlətin və ordunun arxasındadır. Bunu yaşayış evləri ermənilərin atdığı raket tərəfindən dağıdılan sakinlər deyir.

Kifayət Cəfərova sakin:Uşaqlar hamısı qışqırdı, hamı qaçmağa başladı. Birinin başı yaralanıb, qulağı yaralanıb, qızımın ayağını şüşə kəsib. Evdə bir dənə yararlı bir şey qalmayıb. Bu bizi qorxutmur təki millətimiz sağ olsun, ordumuz sağ olsun. Heç bir yerə gedəsi deyilik, heç nədən qorxası deyilik təki dünyamız düzəlsin, prezidentimiz sağ olsun dünyamız düzəlsin.

Səhər Hüseynova sakin:Evdə ələ gələsi heç bir əşya qalmayıb. Nəvələrimin qolunu şüşə kəsib. Ordumuzla fəxr edirəm. Müəlliməyəm lazım gəlsə mən özümdə gedərəm. Onlar bizim mülki əhalimizə atırlar bu bizi qorxutmur, biz mətinik mərdik. Gəncə şəhərinə birinci dəfə raket atanda dağılmış evin içindən erməni çıxdı, onu müalicə etdilər. 1941-ci ildən Gəncə şəhərində yaşıyan erməni millətidir. Əgər biz pis millət olsaydıq gözəl Gəncəmizdə erməni yaşıya bilərdimi? Ancaq onlar terorçudur. Bizim Azərbaycanda hər bir millətin nümayəndəsi var. Erməni çıxıb desin ki, mənim ermənistanımda başqa millətin nümayəndəsi var, yoxdu. Hansımız hümanist xalqıq? Hökümətimizlə fəxr edirəm, yaşasın bizim Azərbaycan.