• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1252
— 13.10.2020 20:51

Dünəndən bu günə erməni terroru

KepezTV Player

Mülki əhaliyə edilən terror, illərdir davam edən soyqırımı aktı.Ermənilər xisləti bu gün də özünü göstərir. Özü də yenə də dinc əhaliyə, uşaqlara, qadınlara qarşı. Cəbhə bölgəsindən uzaqda yerləşən Gəncənin erməni raketlərinin hədəfinə çevrilməsi, yaşayış məkanlarının hücuma məruz qalması 28 il öncə Xocalıda insanlıq əlehinə törədilən soyqırımla eyni tutulur. Oxşar vandalizmin erməni faşistləri tərəfindən davam etdirilməsi bunun işğalçı ölkənin dövlət siyasətinə çevrildiyini deməyə əsas verir.

“Xocalı soyqırımının əsrin ən qanlı faciəsi olduğunu dərk etmək üçün cəmi bir şəklə baxmaq kifayət edir. O şəkildəki günahsız körpənin simasından hüzn, üsyan və çarəsizlik oxunur”. Həmin dəhşətli gecənin 7 yaşında ikən canlı şahidinə çevrilən Elsevər Hümbətov bu fikirdədir. Xocalıdan olan məcburi köçkün Gəncədə baş verənləri Azərbaycan cəmiyyəti üçün yad mənzərə hesab etmir.

Elsəvər Hümbətov Xocalıdan olan məcburi köçkün:Bütün bu hadisələrdə oxşarlıqlar həddindən çoxdur. Çünki mən azyaşlı olanda da bu hadisələr baş vermişdi. Kosalar kəndində də gecə vaxtı düşmən kəndimizi atəşə tuturdu. Bu hadisə baş verəndə bir anlıq gözümün qarşısına o hadisə gəldi. Düzdü biz səbrliyik amma bir o qədər cəsur və dözümlü xalqıq. Mən inanıram ki, düşmənə bizə qarşı törətdiyi bütün cinayətlərin cəzasını verəcəyik.

Xocalı soyqırımını törədənlər, 613 mülki insanı qətlə yetirənlər, uşaqlara, qadınlara belə acımayan cəlladlar bu gün də əməllərindən əl çəkmədiklərini sübut edirlər. Vandalizm, terror, görülməmiş cinayət və ya daha artığı. Ermənilərin törətdiyi o reallıq ki, həmin faktı insanı duyğularla başa salmaq mümkün deyil.

Bəxtiyar Məhərrəmov tarixçi:Nəinki Xocalıda, Şuşa, Laçın və digər rayonların alınması zamanı ermənilər mülki əhaliyə olmazın qəddarlıqlar törətdilər. Əslində bu faşizmdən daha çox irqçilik anlayışına gəlir. Konkret bir irqçi, şovinst ideologiyasıyla tərbiyə olunmuş xalq durur qarşımızda. İçində irqçi, nifrət hissi olan insanla qarşı-qarşıya gəlib necə münasibət qura bilərsən? Yəni, sən hiss eləyirsən ki, bu insanda sənə qarşı patoloji nifrət var. Və Gəncə hadisələri bunun bariz nümunəsidir.

Təqvimi vərəqlədikcə erməni vəhşiliyinin qandonduran xəbəri bu dəfə Füzulidən gəlir. 2017-ci ildə yenə günahsız körpə və nənə həyatını itirir. Azğınlaşan düşmən növbəti dinc sakin kimi 2 yaşlı Zəhranı hədəf seçir. Məkan, zaman dəyişsə də, terror aktı dəyişməz qalır.

Ağamir Hümbətov Xocalı soyqırımının canlı şahidi:Erməni dəyişməz olaraq qalır. Onların qan içiciliyi, faşizmi yaşayır, yaşayacaq. Onların xilqəti belədir. Biz onlara nə qədər öz gücümüzü göstərsək də, onlar vəhşiliyindən əl çəkən millət deyil. Dünyada elə bir xalq yoxdur ki, onlar elədiyini eləyə bilsin. Ermənilər faşistdi, alçaqdı, rəzildi. Onlar acımadan günahsız körpələrə qıyırlarsa onlardan nə ummaq olar? Körpələrin günahı nədir? Körpələr, qocalar, qadınlar ki, döyüşmür.

Dünəndən bu günə davam edən erməni terroru daha bir görüntüdə öz əksini tapır. Özü də dünyanın gözü qarşısında.Digərlərindən fərqli olaraq, üz-gözü yaralı Gəncədə kameralara gülümsəyən 5 yaşlı Bəxtiyarın kadrlarında..

Miri Əliyev Bəxtiyarın dayısı:Biz elə bir millətik, dövlətik ki, biz gəncəlilər elə bir insanlarıq ki, başımıza nə gəlsə də heç nədən qorxmuruq. 5 yaşlı Bəxtiyar gülümsəməsi ilə bunu sübut etdi. Həmin günü dağıntılar altından Bəxtiyarı çıxardıq o kameraya güldü, ağlamadı.

Danılmaz fakt odur ki, heç bir məntiqə əsaslanmayan, dinc sakinlərə, ələlxüsus körpələrə qarşı törədilən vəhşiliyin məsuliyyətini birbaşa Ermənistan höküməti daşıyır.

Bəxtiyar Məhərrəmov tarixçi:Tərtərdə, Ağcabədidə olan mülki əhalini vurursan. Adını da qoyursan biz müharibə aparırıq, bura müharibə bölgəsidir, raket düşə bilər. Bəs, sən Gəncənin adını nə qoyursan? Sən Vardenis rayonundan Elbrus tipli yaxınmənzilli raketi atırsan Gəncə şəhərinə. Nəyi fikirləşirsən? Sənin fikirləşdiyin yalnız bir şeydir. Xalqın gözünü qorxutmaq, xalqı qanına qəltan eləmək və içindəki qisas hissini həyata keçirmək. Bu raket şüurlu bir varlıq deyil ki, gəlib uşağı seçə böyüyü öldürə. Bu düşəndə partlayır və böyük dağıntılar, ölümlər törədir. Raketi buraxan adam çox gözəl başa düşür ki, burada uşaq da var, qadın da var, böyüklər də var.

Mövcud situasiyada hər kəsi bir sual düşündürür. Dünya bu vəhşiliyə daha nə qədər səssiz qalacaq? Törədilən cinayətləri düşməndən fərqli olaraq, qələbə xəbərləri ilə cavablamaq diləyi ilə..