• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1721
— 13.10.2020 14:00

Qazona görə "Kəpəz"in oyununun yeri dəyişdirildi

KepezTV Player

Azərbaycan çempionatının I Divizionunun II turunun oktyabrın 16-da keçiriləcək "Kəpəz" - "Sabah-2" matçının məkanı, daha doğrusu meydan sahibi dəyişdirilib. Görüş təqvimdə nəzərdə tutulduğu kimi Gəncədə yox, Bakıda baş tutacaq. Məsələ heç də son günlərdə ermənilərin raket atəşinə tutması nəticəsində Gəncəyə, o cümlədən stadiona ziyan dəyməsi və ya təhlükəsizlik məsələsi ilə bağlı deyil. Belə ki, Nizami yurdunda baş verən məlum olayadək "Kəpəz"in rəhbərliyi stadionun qazonuna görə oyunun yerinin dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına və "Sabah" klubuna rəsmi müraciət edib. Müraciətdə ot örtüyünun hazırkı durumunun oyun keçirməyə imkan vermədiyi və vəziyyətin qaydasına salınmasıyla bağlı işlərin qarşıdakı turadək başa çatdırıla bilməyəcəyi göstərilib. "Sabah" klubunun da müraciəti müsbət cavablandırmasından sonra ilk dövrədəki oyunda bakılılar, ikinci dövrədəki görüşdə isə "Kəpəz" meydan sahibi olacaq.