KepezTV Player
Rusiyanın Nijni Novqorod vilayətinində naməlum şəxsin avtobus dayanacağını atəşə tutması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Daha 5 nəfər müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin açıqlamasına görə, cinayətkar avtobus dayanacağına getməzdən əvvəl nənəsini öldürməyə çalışıb. Hadisəni törədən şəxs yaxınlıqdakı meşəyə qaçıb. Sonradan onun meyiti hadisə baş verən ərazinin yaxınlığında aşkar edilib. Onun intihar etdiyi ehtimal edilir.
- Baxış: 97