• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1083
— 12.10.2020 15:50

Rus jurnalistlə bağlı cinayət işi açılıb

KepezTV Player

Azərbaycan Baş Prokurorluğunda internetdə ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edilməsi ilə bağlı videogörüntülər təhlil edilib. Müəyyən edilib ki, Rusiya vətəndaşı 35 yaşlı Semyon Vladimiroviç Peqovun Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlib.Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış dırnaqarası “Artsax” adlandırılan qanunsuz qondarma rejimin dəstəklənməsi məqsədilə, guya həmin qurumun müdafiəsi üçün çoxsaylı könüllü erməni gənclərin səfərbər olduqlarını bildirən çəkilişlər edib. İşğal olunmuş ərazilərimizdə qanunsuz yaradılmış terrorçu silahlı qruplaşmanın üzvlərindən müsahibələr alıb, bu barədə müəllifi olduğu internet resurslarında çoxsaylı videogörüntülər paylaşıb, Rusiya vətəndaşlarına səslənərək Ermənistana kömək məqsədilə döyüş əməliyyatlarının aparıldığı bölgəyə gəlmələrinə çağırışlar edib.Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.Semyon Peqovun vətəndaşı olduğu ölkənin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğu göndərilib.