• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1561
— 11.10.2020 16:38

Partlayışdan kollec və bağçalara da ziyan dəyib

KepezTV Player

Düşmənin humanitar atəşkəsə baxmayaraq gecə saatlarında Gəncə şəhərini atəşə tutması nəticəsində yaxın ətrafda olan məktəbəqədər tərbiyə və təhsil müəssisələrinə də ciddi ziyan dəyib. Əməkdaşlarımız hadisə yerindən çəkib göstərirlər.

Partlayış zamanı 3 uşaq bağçası zərər görüb. Bu bağçalardan biri partlayışın mərkəzinə daha yaxın ərazidə yerləşir. Söhbət 52 nömrəli Körpələr evi uşaq bağçasından gedir. Bağçanın dəhlizlərində və otaqlarında yerə tökülən şüşə qırıntılarından hərəkət etmək belə olduqca çətin və təhlükəlidir.

Partlayış yerinə yaxın ərazidə yerləşən Gəncə Musiqi Kollecinə də raket atışından ciddi zərər dəyib. Kollecin bütün sinif otaqları yararsız hala düşüb və bu şəraitdə təhsil ocağında tədris prosesini davam etdirmək qeyri-mümkündür.