• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1489
— 11.10.2020 16:48

Türkiyə XİN Gəncəyə raket hücumunu pisləyib

KepezTV Player

"Ermənistanın humanitar atəşkəsi pozaraq bu gün səhər Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə etdiyi raket hücumunu qətiyyətlə pisləyirik”.Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. "Ermənistanın bu aqressiyası həmişəki işğalçı və təcavüzkar zehniyyətinin təzahürüdür. Beynəlxalq ictimaiyyət bu hüquq tanımazlığına artıq dayan deməlidir. Hücum nəticəsində şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa, Can Azərbaycana başsağlığı diləyirik. Türkiyə həmişəki kimi Azərbaycanın yanındadır”, - deyə açıqlamada vurğulanıb.