• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 768
— 11.10.2020 16:47

Axtarış-xilasetmə işləri yekunlaşıb

KepezTV Player

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusunun bu gecə saat 2 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə atdığı raket nəticəsində yaşayış binası tamamilə dağılıb, bina sakinləri dağıntılar altında qalıb.Dərhal əraziyə cəlb olunmuş FHN-in müvafiq qüvvələri tərəfindən dağıntılar altından xəsarət almış 17 nəfər və 9 nəfərin cəsədi çıxarılıb.Aidiyyəti qurumların məlumatına əsasən dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.