• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1445
— 11.10.2020 16:13

Tarixin mübariz şəhəri - Gəncə

KepezTV Player

Gəncə tarixən mübariz şəhər olub və heç vaxt düşmənin həmlələrindən çəkinməyib. Bu gün də Gəncə və gəncəlilər düşmən təxribatları qarşısında qətiyyətlə dayanır. Cəbhədə tarix yazan şanlı Ordumuzun arxasında mətinliklə dayanan şəhər sakinləri tez bir zamanda böyük qələbənin qazanılacağına inanır və bütün torpaqlarımızın işğaldan azad olunacağı o günün səbirsizliklə gözləyir. Erməni işğalçıların növbəti dəfə terrora əl ataraq mülki əhalini hədəfə çevirməsi riyakar düşmənin iç üzünü bir daha ortaya çıxartdı. Mənfur qonşumuz hərb meydanında şanlı ordumuza məğlubiyyətin əvəzini dinc sakinlərə hücum etməklə çıxır. Amma heç bir təxribat, heç bir çirkin əməl Gəncə sakinlərini qorxuda bilməz. Şəhər ziyalıları və millət vəkili baş verən hadisələrə münasibət bildirib.