• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 685
— 11.10.2020 13:59

FHN Gəncədə xilasetmə əməliyyatları barədə məlumat yaydı

KepezTV Player

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusunun bu gecə saat 2.00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncəni raket atəşinə tutması nəticəsində yaşayış binasına düşən raket,binanı tamamilə dağıdıb. Bina sakinləri dağıntılar altında qalıb. FHN-in məlumatına görə, nazirliyin Gəncə Regional Mərkəzindən 33 nəfər şəxsi heyət və 3 texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 25 nəfər şəxsi heyət, 3 texnika və 5 baş xüsusi təlim görmüş it, Mülki müdafiə qoşunlarından 48 nəfər şəxsi heyət və 2 ədəd texnika, Dövlət Yanğından Mühafizə Xidmətindən 21 nəfər şəxsi heyət və 3 texnika cəlb olunub. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.