• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1502
— 11.10.2020 12:43

Sakinlər təmkinlidirlər

KepezTV Player

Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın dinc əhalisinə qarşı terror əməlləri davam edir. Və Gəncəyə qarşı törədilən növbəti təxribat bunun bariz nümunəsidir. Ölkənin ikinci böyük şəhərinin, hərbi əməliyyatların getdiyi bölgədən aralıda yerləşən Gəncənin raket atəşinə tutulması nəticəsində mülki insanlar həlak oldu və yaralandı, şəhərdə yaşayış binalarına və infrastruktura ciddi ziyan dəydi. Düşmənin təxribatı gecə yarısı törətməklə dinc sakinləri təşvişə salmaq cəhdi isə uğursuzluqla nəticələndi. Cinsindən, yaşından asılı olmayaraq, Gəncə sakinləri vəziyyəti son dərəcə soyuqqanlılıqla qarşılayırlar, öz təmkinlərini qoruyurlar. Bunun səbəbi isə dövlətə, Orduya sonsuz inam, Vətənə dönməz məhəbbətdir.Heç nədən qorxmayan gəncəlilər düşmənə layiqli cavab verildiyindən və bundan sonra da veriləcəyindən əmindirlər.