• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 949
— 10.10.2020 19:59

Rəsmi Bakıdan humanitar atəşkəs açıqlaması

KepezTV Player

Humanitar atəşkəs sülh deyil, sülhə nail olunması üçün vasitədir. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. Ermənistanın növbəti ikiüzlülüyü isə atəşkəslə bağlı çoxsaylı müraciətlərinə rəğmən qüvvəyə minən razılaşmanı kobudcasına pozmasıdır. Moskva görüşünü şərh edən xarici işlər naziri Ceyhun Bayramov danışıqların 11 saat davam etməsinə düşmən tərəfin yersiz tələblərinin səbəb olduğunu deyib.

Humanitar atəşkəs çərçivəsində həlak olmuş hərbçilərin meyitlərinin götürülməsi, əsirlərin dəyişdirilməsinin müddətinin nə zaman yekunlaşacağı bilinmir. Brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov Ermənistanın atəşkəs qaydalarını pozmaqla Moskvada imzalanan sənədin tələblərinə əməl etmədiyini diqqətə çatdırıb. Nəticədə əks-hücum əməliyyatları davam edir.

Nazir ötən gün 17:30-da başlayan və səhərə yaxın başa çatan Moskva görüşünün bu qədər uzanmasını Ermənistanın mənasız tələbləri ilə əlaqələndirdi.

Prezidentin köməkçisi Hikmət Hacıyev isə hümunitar atəşkəsin mahiyyətindən danışdı. Bildirdi ki, humanitar atəşkəs sülh prosesinin irəli aparılması üçün vasitə ola bilər. Amma bu humanitar atəşkəsi Ermənistan pozarsa Azərbaycan müdafiə hüququndan istifadə edəcək.

Prezidentinin köməkçisi Azərbaycanın konkret hədəflərinin olduğunu vurğulayıb. Yekun hədəf isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasıdır. Bu istiqamətində görülən işlərə təzyiqlər olsa da, Azərbaycan Prezidenti həmin təzyiqlərə sinə gərməkdədir.

Brifinqdə, status kvo və təmas xətti anlayışlarının artıq olmadığı bir daha qeyd edildi. Azərbaycanın öz haqq işini davam etdirdiyi vurğulanıb.