• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1600
— 10.10.2020 16:26

Danışır Əhməd Qədiroğlu

KepezTV Player

Jurnalistikanın ən çətin sahələrindən biri də hərbi jurnalist kimi faəliyyət göstərməkdir. Çünki müharibənin ən qaynar nöqtələrindən xəbərlər çatdırmaq şübəsiz ki, jurnalistin həyatı üçün çox təhlükəlidir. Ancaq oradan çatdırılan informasiya tamaşaçı üçün çox önəmlidir. İstər birinci Qarabağ müharibəsində, istərsə də indi cəbhədə gedən döyüşlərdə biz bunu görürük. Bəs o dövrün hərbi jurnalistikası ilə bu dövr jurnalistikanı hansı cəhətlər fərqləndirir. Təcrübəli jurnalist Əhməd Qədiroğlunun dəyərləndirilməsi qarşıdakı sujetdə.

Əhməd Qədiroğlu. Bu Azərbaycan Telejurnalistikasında seçilən imzalardandır. 40 illik jurnalist fəaliyyətinin 5 ili hərbi ilə bağlı olan Əhməd müəllim Birinci Qarabağ müharibəsindən, qaynar nöqtələrdən hazırladığı materiallarla yadda qalıb.

Əhməd Qədiroğlu - AzTV-nin şərhçisi: Bizim o zaman materialları göndərmək, materialları efirə çatdırmaqda çox böyük çətinliklərimiz var idi. O zaman dörd künc 3 saatlı video kasetlər var idi və biz onlardan istifadə edirdik. Mən Gədəbəydəyəmsə, Ağdamdayamsa və biz onu çəkmişik kadrlarımız var biz onu Bakıya göndərməliyik. Bizim Bakıya getməyimiz və qayıtmağımız həm vaxt itkisinə səbəb olurdu, həm də o arada baş verən hadisələri lentə ala bilmirdik. Biz isə kimlərsə xahiş edirdik ki, kaseti AzTV-yə çatdır. Daha sonra AZTV həmin materialı işləyib efirə çatdırırdılar. Həmin kasetləri bizə qaytarırdılar və onun üstündən bir də çəkirdik. Əvvəl çəkdiklərimiz silinirdi. Biz onları yığa bilmirdik, indi ki şərait yox idi.

Əsasən Kəlbəcər, Ağdam, Goranboy, Göygöl cəbhəsində ordunun döyüş əməliyyatları, sakinlərin ağrı acısı Əhməd Qədiroğlunun materialları ilə ölkə ictimayyətinə çatdırılıb. Goranboy rayonun Ağcakənd yaşayış məntəqəsi və Göygöl rayonun Çaykənd kəndinin erməni işğalçılarından azad olunması xəbəri Əhməd müəllimin sujetləri ilə tamaşaçıya çatdırıb. Qocaman jurnalist  indiki dövrlə o vaxtın çətinliklərini də müqayisə edir.

Əhməd Qədiroğlu - AzTV-nin şərhçisi: Məni qane edən odur ki, o döyüş kadrlarını, atəş nöqtələrini Müdafiə Nazirliyi özü video görüntü formasında paylaşır. Bunu da bütün televiziya kanalları da istifadə edir. Bunun özü də mülki jurnalidstlərin həyatını qorumaq baxımında çox əhəmiyyətlidir.

Birinci Qarabağ müharibəsində cəbhədən hazırladığı reportajlara baxaraq o günlərin ağrı-acısını xatırlayan Əhməd Qədiroğlu indi cəbhədəkiləri işıqlandıran jurnalistlərə ağsaqqal tövsiyyələri də verib.

Operator çəkən zaman jurnalist müsahibə verən zamanı elə məkan seçilməlidir ki, o məkan düşmənə ünvan xarakteri verməsin. Əgər gecə müsahibə alırlarsa şübhəsiz ki, işıqdan istifadə edilir və onda da qapalı məkanlardan istifadə etsinlər. Jurnalistlərə tövsiyyəm odur ki, ümumi planlardan az istifadə etsinlər, orta və yaxın planlardan istifaə edib düşmənə ünvanı verə bilməsinlər.

Jurnalist kimi fəaliyyəti "Tərəqqi" medalı ilə dəyərləndirilən Əhməd Qədiroğlunun əsas arzusu cəbhədən gələn xoş xəbərlərin "Qarabağ ermənilərdən tam azad olundu" xəbəri ilə əvəzlənməsidir.

 

Elnur Vahidoğlu