• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1100
— 10.10.2020 14:18

Qarabağ qazilərindən orduya dəstək

KepezTV Player

"Hər şey Vətən üçün!", "Qarabağ Azərbaycandır!" şüarı ilə ölkəmizin hər yerindən olan soydaşlarımızın ürəyi vətən torpaqları uğrunda döyüşən əsgər və zabitlərimizlə birlikdə döyünür. Gəncədən 1-ci Qarabağ döyüşlərində vuruşanlar da cəbhədə şanlı tarix yazan Azərbaycan ordusunun yanındadır və tez bir zamanda qələbənin  bizimlə olacağına inanırlar.  Ermənilər tərəfindən işğal olunan ərazilərin geri qaytarılması uğrunda gedən döyüşlər, Azərbaycan ordusunun düşmən üzərindəki üstünlüyü xalqda böyük ruh yüksəkliyi yaradıb.

Azərbaycan əsgərinin yalnız xalqımızın mənəvi dəstəyinə ehtiyac var ki, bu da daim nümayiş etdirilir. Bütün xalq rəşadətli ordumuzun yanındadır və ordumuza hərtərəfli dəstək nümayiş etdirirlər.

Vüsal Qurbanov - Qarabağ qazisi: Şəhidlərimizə Allah rəhmət etsin. Bu gün onların ruhu şad olur. Azərbaycanın qaziləri var ki, 30 ildir ki ona itki demədi o toraqlarda əzalarını qoydular. Ordumuzada, dövlətimizə də inanırıq, güvənirik və ordumuzun yanındayıq. Cənəb prezidentin, ali baş komandanın əmrini gözləyirik mir versə biz də döyüşə hazırıq.

Tariyel Bayramov - Qarabağ qazisi: Qazi kimi bu gün ordumuzun yanındayıq. Yeti gəlsə bizdə öz təcrübəmizə güvənərək döyüşə hazırıq.

Rövşən Abdullayev - Qarabağ qazisi: 1992-93-cü illərdə Ağdam, Ağdərə döyüşlərinin iştirakçıs olmuşam. Döyüşdə olan qardaşlarımız bu günkü gündə yanında olduğumuzu göstəririk. Onlar hamısı bizim qardaşlardı. Bu xalqımızın müharibəsidir, vətən müharibəsi deyirik və hamıda bu gün döyüşçüdür. Erməni işğalçılarına soy qoyacağıq.