• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1890
— 10.10.2020 10:26

Humanitar məqsədlərlə atəşkəs əldə edilib

KepezTV Player

Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında keçirilən və 10 saatdan çox davam edən görüşün yekunlarına dair bəyanat qəbul  edilib. Bəyanatı ictimaiyyətə Rusiya Xarici İşlər naziri Sergey Lavrov açıqlayıb. Sənəddə bildirilir ki, Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın razılaşmalarına uyğun olaraq, tərəflər bu addımların atılmasını razılaşdırıblar. Bu gün saat 12.00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq. Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.