• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1463
— 09.10.2020 14:08

Zonquldaq və Düzcədən dəstək

KepezTV Player

Türkiyənin Zonquldaq və Düzcə şəhərlərində Azərbaycan dövlətinə dəstək aksiyaları keçirilib. Zonquldaqda təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə Azərbaycan və Türkiyə bayraqlarına bürünən 40 avtomobilin daxil olduğu maşın karvanı şəhərin küçələrində yürüş keçirib. Aksiya zamanı Azərbaycan dövlətinin və ordusunun mülki vətəndaşların müdafiəsini və ərazi bütövlüyünü təmin etmək məqsədilə atdığı qətiyyətli addımlar alqışlanıb. ** Düzcənin Cədiyyə Camisi meydanında Düzcə Universiteti Türk Dünyası Topluluğunun "Səninləyik, Azərbaycan!" şüarı altında təşkil etdiyi tədbirdə Ermənistanın işğalçı və təcavüzkr siyasəti şiddətlə qınanılıb. Dünya birliyi və beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar siyasətinin dayandırılması, Azərbaycan torpaqlarının işğaldan azad olunması, Ermənistan hökumətinin beynəlxalq hüququ və normalara əməl etməsi üçün qətiyyətli addımlar atmağa çağırılıb.