• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2099
— 09.10.2020 14:25

Azərbaycan XİN-dən Ermənistanın saxta ittihamlarına cavab

KepezTV Player

Ölkəmizin işğal olunmuş Şuşa şəhərindəki dini ibadət yerlərinin və mədəniyyət abidələrinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən hədəf alınmasına dair Ermənistan XİN-in açıqlaması, Ermənistanın Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki infrastrukturunu və mədəniyyət abidələrini qəsdən atəşə tutması faktlarından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə yaydığı növbəti saxta ittiham və təxribatıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, 30 ilə yaxın bir müddətdir Ermənistan Azərbaycan irsinin bütün əlamətlərini aradan qaldırmaq məqsədilə işğal olunmuş ərazilərimizdəki tarixi və mədəni abidələrimizin qəsdən məhv edilməsi siyasətini həyata keçirir. Bu günlərdə Azərbaycanın ikinci böyük şəhəri, eləcə də ölkəmizin tarixi və mədəni irsinin mərkəzi olan Gəncəyə raket zərbələri endirməklə Ermənistan uzun müddətdir həyata keçirilən vandalizm siyasətini bir daha açıq şəkildə nümayiş etdirdi. "Şübhəsiz, Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələri işğaldan azad olunan kimi burada Ermənistanın təcavüzü nəticəsində dağıdılmış Azərbaycanın bütün tarixi, mədəni və dini abidələri bərpa olunacaqdır".