• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 925
— 09.10.2020 12:13

“Mail.ru”nun azərbaycanlı istifadəçilərinə qarşı “fişinq” hücumlar olunur

KepezTV Player

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən “Mail.ru” elektron poçt xidmətinin azərbaycanlı istifadəçilərinə qarşı kütləvi “fişinq” kampaniyalarının həyata keçirildiyini qeydə alıb. Nazirlikdən verilən məlumata görə, Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar göstərir ki, bu “fişinq” hücumlarının məqsədi həm dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaq, həm də istifadəçilərin cihazlarını zərərverici ilə yoluxdurmaqdır. Saxta e-poçtlardan birində guya Azərbaycan Müdafiə Nazirliyi tərəfindən döyüşdə həlak olanların siyahısının açıqlandığı bildirilir və həmin faylı yükləmək üçün keçidə daxil olunması istənilir. Həmin faylın içərisində isə zərərverici proqramlar yerləşdirilir və keçidə daxil olub məlumatları yükləyən istifadəçinin cihazı yoluxur. Elektron Təhlükəsizlik Xidməti “Mail.ru” elektron poçt xidmətinin istifadəçilərinə xüsusilə ayıq davranmağı, tanımadığı şəxslər tərəfindən göndərilən heç bir keçidə daxil olmamağı və ya hər hansı faylı yükləməməyi tövsiyə edir.