• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 910
— 09.10.2020 08:22

Qarabağ münaqişəsinin yeganə həll yolu erməni işğalına son qoymaqdır

KepezTV Player

Dırnaqarası "Ərköyün" Ermənistanın güzəştsiz hərəkətləri Dağlıq Qarabağ münaqişəsini bir növ qanqrenaya çevirib. Bu problemi həll etməyin yeganə yolu 30 ilə yaxındır davam edən erməni işğalına son qoymaqdır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan video konfrans vasitəsi ilə Türkiyə-Afrika iş forumunun iştirakçılarına müraciətində bildirib. Prezident Dağlıq Qarabağın 30 ildir Ermənistan tərəfindən işğal edilmiş tarixi Azərbaycan torpağı olduğunu xatırladıb və bir daha bəyan edib ki, Türkiyə Azərbaycanın torpaqlarını azad etmək uğrunda apardığı haqlı mübarizəni tam dəstəkləyir".