• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 693
— 08.10.2020 22:55

Azərbaycan xalqı qan görəndə "qorxmuyor"

KepezTV Player

Erməni təxribatları heç bir zaman Azərbaycan xalqını mübarizədən döndərə bilməz. Bu gün hamı yekdilliklə qüdrətinə və gücünə qeyd-şərtsiz inandığı ordunun, dövlətin arxasındadır. Sevindirici məqam isə odur ki, əzmli xalqımız nə olur-olsun heç bir narahatlıq keçirmir, zərrə qədər təşviş yaşamır. Gəncə sakinləri də həmçinin.

Düşmənin dinc sakinləri belə hədəf alması Gəncə əhlində qorxu və təşvişə səbəb olmur. Həyat normal axarı ilə davam edir, təbii ki, yeni zəfər xəbərləri gözləməklə.

Nailə Abbasova şəhər sakini: Onlar artıq siçan kimi sıxışıblar. Bilmirlər neynəsinlər. Mülki əhaliyə atəş açırlar. O da hamısı müvəqqətidir. Hər şey yaxşıdı, normaldır, Gəncəmiz yaşayır, yaşayacaq. Ordumuzun arxasındayıq.

Ərəstun Əxlaqi şəhər sakini:100 dənə, 1000 dənə də bomba atsalar havayıdır. Bizdən ötrü heç nədir. Biz yalnız qələbə çalmağı düşünürük. Biz qələbə əzmi ilə yaşayırıq.

Gülnarə Məmmədova şəhər sakini: Biz qadınlar da hər zaman ordumuzun arxasındayıq. Laızm gələrsə, orduya yazılmağa hazırıq. Azərbaycan xalqı güclüdür. İnşallah xoş xəbərlər gözləyirik.

Baş verənlərə soyuqqanlı yanaşan Gəncə sakinləri işğalçı dövlətin qeyri-humanist addımlarını Ali Baş Komandanın təbirincə, elə onlara yaraşan misallarla ifadə edir.

Azad Sayadov şəhər sakini: Bozqurdların yarısını ora yollamışıq, yarısı da burdadı. Narahat olmasınlar. Ermənilər həmişə elə olub. Necə ki, itin quyruğu qapıya sıxışanda neynəyir? Hürməyə başlayır. Kiməsə əl atmağa çalışır. Onlar da elə. Gözümüzü qorxutmaq istəyirlər. Amma hamısı boş şeydir. Biz burdayıq. Ali Baş Komandanın dediyi kimi onları iti qovan kimi qovacağıq.

“Azərbaycan əhalisi qan görəndə qorxmuyor, nabarot qızışıyor”. Qarabağ qazisi Tariyel Şahverdiyev bir neçə gün əvvəl ermənilərin törətdiyi növbəti təxribat zamanı yerli sakinlərin qorxmadığını məhz bu cümlə ilə ifadə etmişdi. Hansı ki, həmin açıqlama qısa müddət ərzində müzakirə mövzusuna çevrilib və eyni zamanda əksər insanların üzündə təbəssümə səbəb olmuşdu. Indi Tariyel dayı yanımızdadır, şəxsən öz dilindən həmin ifadələri təkrar eşitmək istəyirik.

Tariyel Şahverdiyev Qarabağ qazisi: Mən bu cümləni Gəncə sakinlərinin, Azərbaycan xalqının adından söyləmişdim. Qan görəndə qorxmuyoruz, nabarod qızışıyoruz. Yəni bu xalq heç vaxt qorxan xalq olmayıb. Mərd, qəhrəman xalq olub. Özünü duyan heç bir insan bu 30 il ərzində nə üərkdən sevinib, nə də gülüb. Bütün dünya bilir, Gəncə Cavad Xanın yurdudur. Gəncəlilər də onun kimi mərd, dəyanətlidir. Gəncənin tarixi hər kəsə bəllidir, amma mən seçmək istəmirəm. Azərbaycan xalqı ümumilikdə dəyanətlidir, dözümlü, hər şeyə yerində qiymət verən, qəhrəman xalqdır.

Milli-mənəvi dəyərləri saymaqla bitməyən xalq çox keçməz ki, öz qəhrəmanlığı, qətiyyəti və əzmkarlığı hesabına əzəli torpağının hər bir qarışını işğaldan azad edər, üçrəngli bayrağını tarixi torpağında dalğalandırar.