• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 716
— 08.10.2020 22:44

Türkiyə MN-dən Gəncənin ermənilər tərəfindən bombalanmasına münasibət

KepezTV Player

Türkiyə Müdafiə Nazirliyi Gəncə şəhərinin ermənilər tərəfindən bombalanmasına və atəşə tutulmasına rəsmi Tvitter hesabında münasibət bildirib. Paylaşımda qeyd edilib ki, mülki insanlara hücum edərək bütün dünyanın qarşısında hərbi cinayətlər törədən Ermənistan öz tarixinə daha bir qara ləkə əlavə edir. Vurğulanıb ki, Ermənistan təcili olaraq işğal etdiyi Dağlıq Qarabağı boşaltmalı və insanlığa qarşı etdiyi cinayətlərə görə hesab verməlidir.